Cəmiyyət

Kəlbəcərin folkloruna aid kitab nəşr olunub - FOTO

23 Aprel 2014 11:08
Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycanın ən yaralı problemlərindən biri də Qarabağ problemidir. Problemin həlli üçün müxtəlif vasitələrdən istifadə edilir. Lakin onu qeyd etmək istəyirəm ki, mən tam əminəm ki, biz torpaqlarımızı qaytaracağıq. Ancaq torpaqları qaytarılan zaman oranı çox kiçik vaxtlarında tərk etmiş gənclərimizin Kəlbəcərin adər-ənənələrini yadda saxlamaqları bir az sual altına düşür. Bu baxımdan gənclərə bu adət-ənənələri aşılamaq üçün "Kəlbəcərin folkloru - folklor da bir tarixdir " adlı kitab hazırlayıb təqdim etməyi planlaşdırdım.

Layihə ideyasını Azərbaycan Gənclər Fonduna təqdim etdim. Layihə qaliblər siyahısında öz yerini tapdı. Layihədə Kəlbəcər rayon 20 saylı orta məktəbin müəllimi, AMEA-nın doktorantı Aytac Abbasova yaxından iştirak etdi. Onun canlı tarix olan şəxslərdən topladığı materiallar əsasında Kəlbəcərin folklorunu özündə əks etdirən "Folklor da bir tarixdir - Kəlbəcər" adlı maraqlı bir kitab işıq üzü gördü. 

"Folklor da bir tarixdir - Kəlbəcər"  kitabının təqdimatı çox səmimi bir şəraitdə baş tutdu.Tədbirdə 20 saylı Kəlbəcər tam orta  məktəbin müəllim və şagird heyəti yaxından iştirak etmişdirlər. Uşaqlar hazırladıqları maraqlı çıxışları ilə tədbirə rəng qatdılar. Beləliklə, Azərbaycan Resbublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi gənc Qəmər İbrahimova  tərəfindən həyata keçirilən "Folklor da bir tarixdir" adlı layihə uğurla yekunlaşmışdır. 

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.