Cəmiyyət

"Azərbaycan kadrlarda" fotomüsabiqəsinə yekun vuruldu

29 Mart 2014 12:25
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağcabədidən olan gənc fotoqraf Toğrul İbrahimovun rəhbərlik etdiyi "Azərbaycan kadrlarda" fotomüsabiqəsinin yekun nəticələri açıqlanıb.

Milli.Az EL TV-yə istinadən bildirir ki, nəticələrə əsasən, müsabiqəyə təqdim olunan fotolardan 3-ü birinci yerə, 3-ü ikinci yerə, digər 3-ü isə 3-cü yerə layiq görülüb. Qaliblərə diplom və qiymətli hədiyyələr, digər iştirakçılara isə həvəskar mükafatlar verilib. Fotomüsabiqədə Azərbaycanın regionlarından olan 14-29 yaşlı  gənc fotoqraflar iştirak ediblər. 

Müsabiqəyə şəkillər onlayn qaydada da təqdim olunub. Fotomüsabiqəyə Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, İran və Gürcüstandan da fotolar təqdim edilib. Daxil olan 90 fotodan 50-si peşəkar münsif heyəti tərəfindən seçilib və 3 günlük açıq hava sərgisində nümayiş olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.