Dünya

Türkiyənin bu addımını unutmayacağıq - Colani

23 Dekabr 2024 00:35
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə xarici işlər naziri Hakan Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Suriyada yeni hökumətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd Colani - red.) deyib.

"Biz Türkiyə və Suriyanın iqtisadi əməkdaşlığına əhəmiyyət veririk. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq", - Şara bildirib.

O, həmçinin qeyd edib ki, Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

"Bəşər Əsəd getdi. Burada günahsız insanlar cəzalandırılmamalıdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.