Azərbaycanda ilk: ömürlük məhkum həbsxanada evləndi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili üzrə İdarənin rəisi vəzifəsini icra edən Rafiq Ramazanov, jurnalistlər, məhkumun ailə üzvləri iştirak edib. Mərasimdə çıxış edən R.Ramazanov Sergey Strelyayevlə Lüdmila Alenikovaya xoşbəxtlik arzu edib.Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında saxlanılan ömürlük məhkum Sergey Strelyayevlə Lüdmila Alenikovanın nikah mərasimi keçirilib
O bildirib ki, Azərbaycanda məhkumların saxlanılması üçün hər bir şərait yaradılıb: "Məhkumlar yalnız azadlıq hüququndan məhrum ediliblər. Onlara bütün şərait yaradılıb. Hər zaman Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən məhkumların saxlanılması, həyat və şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür".
R.Ramazanov cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlardan evlənənlərin olduğunu da bildirib: "Bizim müəssisələrdə nikaha daxil olan məhkumlar var. Lakin ömürlük olaraq azadlıqdan məhrum edilmiş şəxsin nikaha daxil olması birinci dəfədir".
Daha sonra Qaradağ Rayon Qeydiyyat İdarəsinin rəisi Tamella Babayeva çıxış edib. S.Strelyayev və L.Alenikovanın nikahını rəsmiləşdirilib.
S.Strelyayev isə jurnalistlərə müsahibəsində ailə qurmağın böyük məsuliyyət olduğunu deyib: "Lüdmila ilə iki il əvvəl mənim şerlərimdən ibarət kitabın təqdimatı keçirilən zaman tanış olduq. Sonra məktublaşmağa və telefonla danışmağa başladıq. Lüdmila mənim ziyarətimə də gəlirdi. Elə görüşlərin birində ona evlənmə təklif etdim. O da qəbul elədi və bu qərarı birlikdə verdik. Hesab edirəm ki, sevən insanlara şərait və məsafə mane olmur. Allah sevgi hissi yaşamağı və xoşbəxt olmağı hər kəsə qismət eləsin. Bizə yaradılan şərait üçün isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm".
Qeyd edək ki, L.Alenikova Rusiya ali məktəblərindən birinin üçüncü kursunda təhsil alır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək





