Cəmiyyət

Məsumların (ə) meyvələr barədə buyurduqları hədislər

6 Avqust 2013 19:16
1 Şərh     Baxış: 10 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az İslamazeri.az-a istinadən Rəsulullah (s) və imamların (ə) buyurduqları bir neçə hədisi təqdim edir

Nar

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini bele tərk etməyə (yeməməyə) razı deyiləm."

İmam Əli (ə) buyurmuşdur: "Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin." Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qara ciyərə və sarılıq xəstəliyinə faydalıdır.

Əncir

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əncir behişt meyvələrindəndir və (insanı) incəqəlbli və rehmli edir."

Üzüm

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizin ən yaxşı meyəeniz üzümdür və onun heç bir zərəri yoxdur."

Gavalı

İmam Sadiq (ə) buyurmuşdur: "Acqarına gavalı yemək başgicəllenməyə, ürəkbulanmaya və öd kisəsinə xeyirlidir, lakin bədəndəki şişləri oyadır."

Üzərlik

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şefa vardır və yetmiş növ xəstəliyə dərmandır."

Heyva

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Heyva üzün rəngini ağ və övladı göyçəkləşdirir. Mədə divarının aşılanmasına ve ürəyin möhkəmlənməsinə səbəb olur."

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Heyvanın üç xasiyyəti vardır: 1-Ürəyə aramlıq və şadlıq verir. 2-Paxılın əliaçıq olmasına sebeb olur. 3-Qorxağı şücaətli edir."

İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs acqarına heyva yesə, nütfəsi pak ve övladı göyçək olar."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.