Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilərək əfv olunması bütün dünyada yaşayan azərbaycanlılar kimi, Çin Xalq Respublikasındakı soydaşlarımızın da sevincinə səbəb olmuşdur.
Bu ölkədə yaşayan azərbaycanlılar 2004-cü ildə Macarıstanda Azərbaycan xalqını və bayrağını təhqir edən erməni zabitini öldürməklə ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi nüfuzu sayəsində ölkəmizə gətirilməsini və dövlətimizin başçının Sərəncamı ilə əfv olunmasını yüksək qiymətləndirirlər. Soydaşlarımız hadisəni özünəməxsus bir formada qeyd etmək qərarına gəlmişlər. Belə ki, Çinin paytaxtı Pekin şəhərində azərbaycanlı iş adamlarına məxsus "Desert rose" restoranında sentyabrın 1-də heç bir müştərindən hesab alınmamışdır. Gün ərzində yüzlərlə yerli və əcnəbi müştəri təmənnasız olaraq Azərbaycan yeməklərinə qonaq edilmişdir.
Aksiyanın təşkilatçıları Cəmşid Hüseynov, Məzahir Hüseynov və Natiq Bağırov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsi istiqamətində apardığı ardıcıl və səmərəli fəaliyyətə, onu əfv Sərəncamı ilə azad etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Soydaşlarımız hesab edir ki, dövlətimizin başçısının bu cəsarətli addımı onun hər bir Azərbaycan vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durduğunu göstərir. Bu, düşmənlərimiz qarşısında xalqımızın həmrəyliyinin bir nümunəsidir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ramil Səfərovun Vətənə gətirilərək əfv olunması Çində yaşayan soydaşlarımızın da sevincinə səbəb olub
1 Sentyabr 2012 21:48
0 Şərh
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Ağdam sakinlərinə belə evlər tikilib VERİLİB - VİDEO
-
Bakının bu ərazilərində işıq KƏSİLƏCƏK
-
20 qəpik Azərbaycanda, 7 manat qonşuda - FOTO
-
Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb - YENİLƏNİB - FOTO
-
Məşhur gölün ətrafında yeni yaşıllıqlar salınacaq - 6 milyonluq LAYİHƏ
-
Bayram namazının vaxtı məlum OLDU
XƏBƏR LENTİ
-
Laricaninin yerinə o seçildi
-
Ağdam sakinlərinə belə evlər tikilib VERİLİB - VİDEO
-
Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"
-
Virts “Liverpul”un rekordunu yenilədi
-
Nahardan sonra yuxu gəlirsə, bunları edin
-
Qaradağ RİH-də iclas - Məmurlara xəbərdarlıq edildi
-
Paşinyan Annadan geyiminə görə AYRILIB? - FOTO
-
Bakının bu ərazilərində işıq KƏSİLƏCƏK
-
Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI
-
"Hacı axtarana oxşayıram mən? - Ölün yerə girin, tərbiyəsiz"
-
Semiramis Pekkan xərçəngə qalib gəldi
-
Bayramda termometrlər 20 dərəcəni göstərəcək - PROQNOZ
-
20 qəpik Azərbaycanda, 7 manat qonşuda - FOTO
-
Messi 900-cü qolunu vurdu - VİDEO
-
Prezidenti İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub
-
Kurtuanın səhhəti ilə bağlı AÇIQLAMA
-
Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb - YENİLƏNİB - FOTO
-
Saleh Səmədovdan yeni xəbər VAR
-
Ədliyyə və DİN birgə əməliyyat keçirdi
-
Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
-
Məşhur gölün ətrafında yeni yaşıllıqlar salınacaq - 6 milyonluq LAYİHƏ
-
Bayram namazının vaxtı məlum OLDU
-
Vətəndaşların NƏZƏRİNƏ: Qəbul cədvəli təqdim edildi
-
Ağdam-Xankəndi dəmir yolunda görülən işlər açıqlanıb - FOTO





