Şou-biznes

Azərbaycanlı müğənni: "Arvadını boşadı, məni aldı, yan!" - YAZIŞMALAR - FOTO

27 Mart 2017 14:26
95 Şərh     Baxış: 38 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Afət Fərmanqızı ikinci dəfə ərə gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni özündən yaşca kiçik olan həmkarı Seyran Əliyevlə ailə qurub. Həyat yoldaşı ilə fotolarını sosial şəbəkədə paylaşan A.Fərmanqızının ünvanına təhqirlər yazılıb. 

Bir çoxları Seyranın ailəsini ifaçının dağıtdığını qeyd edib. Müğənni ona yazılan "Yuvayıxan"  sözlərinə "Seyran mənim ərimdir. Arvadını bir ildir boşayıb, indi məni alıb. Deməli, mən ona layiqəm" cavabını verib. 

Əldə etdiyimiz məlumata görə, Afət və Seyran uzun müddət sevgili olublar. Daha sonra onlar ayrılıb, bir müddət əvvəl isə yenidən barışıblar. Hazırda cütlük bir evdə yaşayır. 

S.Əliyevin ilk ailəsindən iki övladı var. Afətin də bir oğlu var və universitetdə ikinci kursda təhsil alır.
 
Cütlük ikisinin adına açılan İnstaqram səhifələrini bir neçə gün əvvəl bağlayıblar.

A.Fərmanqızı və S.Əliyev məclislərə də birlikdə gedirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.