Şou-biznes

Xatunla Könül efirdə ağladılar - FOTO

27 Noyabr 2015 14:16
47 Şərh     Baxış: 12 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənnilər Xatun ƏliyevaKönül Kərimova barışıblar. 

Milli.Az big.az-a istinadən xəbər verir ki, Könül Kərimovanın iştirak etdiyi "10-dan sonra" verilişinə gözlənilmədən Xatun Əliyeva gəlib. Xatun Könül xanımı parodiya etdiyi üçün ondan üzr istəyib və göz yaşı töküb. Hər iki məşhur ağlayaraq, barışıblar. Xatunun bu gün ad günü olduğu üçün onlar tortu da birgə kəsiblər.

Xatun: "Həyəcanlıyam bir az. Mən sizin verilişinizi hər zaman izləyirəm. Gördüm, Könül xanım qonaqdır. Gəldim ki, barışaq. Hər kəs günahı məndə bilirdi. Və günah da məndə idi. Könül xanıma görə çox adam məndən küsdü. Amma mənə görə heç kəs ondan küsmədi. Mən onu parodiya etmişəm, deməli, onun qəlbinə dəymişəm. Üzr istəyirəm. Mən ondan yaşda kiçiyəm. Söz verirəm ki, heç vaxt Könül xanımı parodiya etməyəcəm. Anam da dedi ki, get, Könül xanımla barış".

Könül: "Mən kinli adam deyiləm. Çox kövrək adamam. Hər zaman düşünürəm ki, niyə. Çox pis oldum. Ürəyə dəymək olmaz. Düşünürdüm ki, Xatunla barışmaq necə ola bilər?! Ancaq siz bunu bacardınız".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.