Şou-biznes

Daha bir azərbaycanlı müğənninin toy xəbəri yayıldı - VİDEO

29 İyun 2015 16:16
15 Şərh     Baxış: 12 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə tanımış estrada müğənnisi Nuri Sərinləndiricinin evlənəcəyi ilə bağlı xəbərlər yayılıb.

Milli.Az xəbər verir ki, məlumata görə Ramazan ayından sonra sevilən ulduz hər kəsdən gizli saxladığı xanımla rəsmi nikaha daxil olacaq.

Nurinin yaradıcılıq layihələrinə rəhbərlik edən, Lider TV-nin populyar siması Lamiyə Ələkbərqızı informasiya ilə bağlı açıqlama edib:

"29 iyun tarixi Nuri Sərinləndirici komandası üçün çox əlamətdar gündür. Çünki bu gün bizim Nurinin dünyaya göz açdığı gündür.

Tam səmimiyyətimlə deyirəm, onun evlənəcəyi haqda xəbərin yayılması bizdən çox heç kimi sevindirə bilməzdi. Onun anasının ən böyük arzusudur oğlunu evləndirsin. Əfsus ki, bu yalnış məlumatdır.

Məncə, fanatlarından kimsə özü-özlüyündə belə xoş şayiə yayaraq sevdiyi ulduzuna subaylıqla vidalaşmağı məsləhət görüb".

Lamiyə xanım onu da əlavə etdi ki, ad günü olmasına baxmayaraq N.Sərinləndirici pərəstişkarlarına real hitə namizəd olan iki yeni mahnısını təqdim edib:

"Bir neçə saat bundan əvvəl Nurinin rəsmi YouTube səhifəsində bəstəkar Aynur Adilqızının müəllifi olduğu iki yeni mahnı dinləyicilərə təqdim olunub. "Sanmışdım" bəstəsinin sözləri Leyla Əliyevaya, "Duyğularım" əsərinin söz yazarı isə şairə Zeynəb Ədalətqızıdır. Bilirəm ki, Nurisevərlər hər iki mahnını rəğbətlə qarşılayacaqlar.

Sonda doğma qardaşım qədər xətri əziz olan ulduzumu ad günü münasibətilə ürəkdən təbrik edib,  ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

Maraqlı olacağını nəzərə alıb hər iki mahnını təqdim edir.

Elşən İmanov
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin.

фото

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.