Şou-biznes

Nadirdən növbəti yenilik - FOTO

29 İyul 2014 15:44
18 Şərh     Baxış: 3 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl "Yaşıl Teatr"da həyat yoldaşına həsr etdiyi "Həyatımsan ömrüm qədər" adlı konsert proqramı ilə çıxış edən müğənni Nadir Qafarzadə yaradıcılıq işlərindən danışıb

Axşam.az-ın məlumatına görə, müğənni bu yaxınlarda pərəstişkarlarına yeni layihə təqdim edəcəyini bildirib:

"Həyat yoldaşıma həsr etdiyim konsertim səs-küyə səbəb oldu. Bir çoxları, hətta sənət dostlarım fərqli, maraqlı addım atdığımı söylədilər. Amma ağız büzənlər də tapıldı. Bu, normaldır. Daim yaradıcılıq işlərimlə məşğulam. Buna görə də söz-söhbətlər hər zaman olacaq. Bir neçə gündür ki, Türkiyədən gəlmişəm. Paytaxta çatar-çatmaz Nabrana istirahətə yola düşdüm.

Həm ziyarət, həm ticarət deyib, musiqi payımı istirahət məkanında dincələn insanlarla bölüşdüm. Reper Dado ilə olan duetimi oxudum. Çıxışımız maraqla qarşılandı. Gecənin aparıcısı Xose Bernardo idi. Nabrandan qayıtmaq istəmirdim. Amma "Azərbaycanın səsi" layihəsinin çəkilişləri üçün Bakıya dönməli oldum. Bundan əlavə, bir neçə gün sonra yeni mahnımı təqdim etməyi düşünürəm".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.