Şou-biznes

Azərbaycan efirində öpüş davası: "Günah səndədir"

26 İyul 2014 14:42
9 Şərh     Baxış: 4 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Elnarə Xəlilova "Azərbaycanın səsi" yarışmasında əməkdar artist Elza Seyidcahana əsəbləşib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Elnarə Elzanın tələbələri - Samir Çekmarovla Elvin Ordubadlının Tarkanın "Şımarık" mahnısını oxumasına etiraz edib. O, bəstədəki sözləri iki kişiyə yaraşdırmadığını deyib:

"Elza, iki kişinin belə mahnı oxumasına necə yol verdin? Axı niyə onlar səhnədə qucaqlaşmalıdırlar? Bəstənin sözləri başdan-ayağa başqa mənadadır. Burada mən iştirakçılarda yox, səndə günah görürəm, çünki oğlanlar mahnını sənə təqdim ediblər. Qucaqlaşdılar, bir də öpüşsəydilər, düzələrdi. Buna diqqət etmək lazım idi. Belə şeyə normal baxmıram. Səhnədə iki kişinin qucaqlaşması, öpüşməsi pis təbliğatdır".

E.Seyidcahan isə "Burada nə var ki? İki kişi qardaşcasına öpüşür, qucaqlaşır", - deyə cavab verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.