Şou-biznes

Şou-biznes əhli harada dincəlir? - SORĞU

22 İyul 2014 19:05
4 Şərh     Baxış: 2 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onlar" verilişi sənət aləminin tanınmış simalarının yayda harada istirahət edəcəkləri haqqında sorğu aparıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məşhurlar dincəldikləri məkanlar və xərclədikləri pullar barədə məlumat veriblər. Keçirilən sorğunun nəticələrini təqdim edirik:

Müğənni Elnur Məmmədov: "Artıq istirahətə yollanmağa ölkə tapmıram. Təkrar yerlərə gedirəm. O qədər dövlət gəzmişəm ki... Braziliyaya getmək istəyirəm, amma yol uzundur, hövsələm çatmır. Ola bilsin, yenidən Maldiv adalarına getdim və ya elə Bakıda qaldım. Rio-de Janeyroda karnavala qatılmaq istəyirdim, o da qurtarıb. Konsert və klip çəkilişləri üçün Amerikada olanda bir qəpik də xərcləmədim. Çünki hər şey qabaqcadan hazırlanıb, bütün xərclər ödənmişdi".

Müğənni Sevda Yahyayeva: "Ən çox sevdiyim ölkə Türkiyədir. İstanbulda dincəlməyi xoşlayıram. Hansı ölkədə olsam da, oradakı kimi zövq almıram. Yəqin bizə yaxın olduqlarına görədir. Amerikaya gedəndə dünya miqyaslı şoulara qatıldım, pulumun çoxunu xərclədim. Dedim, bir də bunları görməyəcəm, qoy gəzim".

Müğənni Eldar Qasmov: "Hara olursa, olsun isti bir yeri seçirəm. Bu il isə Türkiyəyə, sonra isə Dubaya getməyi planlaşdırıram. Eşitmişəm ki, Dubayda dəniz suyunun hərarəti 30 dərəcədən yüksəkdir. İstirahətdə xərclədiyim pulları saymıram. Şoppinqi sevmirəm. Vaxtımı sırf dincəlməyə sərf edirəm".

Müğənni Xumar Qədimova: "Ölkə adı çəkməyi sevmirəm. Harda oldum, hardan gəldim deməyin əleyhinəyəm. Məkan adi ola bilər, amma mən orada gözəl dincələrəm və yaxud da əksinə. Günəş vannası qəbul etməyi xoşlamıram. Mənim dərimin rəngi belədir. Anadan bu cür doğulmuşam".

Meyxanaçı Namiq Qaraçuxurlu: "İstirahət üçün ürəyim gedir. Buna çox ehtiyacım var. Amma hələ ki, dəqiq qərar verməmişəm. Ən rahatı və ağlımıza gələni Türkiyədir. Yəqin ki, ora gedəcəm. Ən böyük məbləği İtaliyada xərcləmişəm. Harada brend görürdüm, ora qaçırdım. Amma indi ağıllanmışam. Düşünürəm ki, İtaliya istehsalı olsun, brendliyi vacib deyil".

Əməkdar artist Abbas Bağırov: "Nə gözəl... Kaş mənə də istirahət qismət olardı".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.