Şou-biznes

Samirənin 3 milyonluq bağ evi - FOTOSESSİYA

25 İyun 2014 15:39
12 Şərh     Baxış: 8 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Samirə Buzovnada yerləşən bağ evinin qiymətini açıqlayıb

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, "Şou+" verilişində qonaq olan sənətçi "deyirlər, bağınızın 1 milyon qiyməti var" sualına belə cavab verib:

"Bağımın həyəti 1 hektardı. Bu ərazidə torpağın 1 sotu on min manatdır. İçindəki tikililəri də nəzərə alsaq, iki-üç milyona qədər qiyməti var. Birinci mərtəbədə qardaşım ailəsi ilə qalır, ikincidə isə biz. Həyətimdə feyxua ağacından tutmuş, palmaya kimi var".

Samirənin Çita adlı meymunu və göyərçinlərinin olduğu da ortaya çıxıb:

"Meymunumu Oktay Kamilə oxşadıram. Oktay elə bilməsin ki, yanımda olmayanda onun üçün darıxıram. Çita onu əvəz edir. Göyərçinlərimi isə İrandan gətirtmişəm, özü də baha qiymətə".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.