Şou-biznes

Mətanət Əliverdiyeva həyat yoldaşından niyə ayrılıb?

24 Aprel 2014 17:37
120 Şərh     Baxış: 101 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcının həyat yoldaşından ayrılmasına səbəb olan bu inanılmaz fakt hər kəsi şoka saldı

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Öz aramızda" verlişinin qonağı hər zaman çılğın çıxışları ilə diqqət mərkəzində olan Mətanət Əliverdiyeva olub. Teleaparıcı verilişdə şəxsi həyatı ilə bağlı inanılmaz faktların üstünü açıb. Mətanət Əliverdiyeva ilk evliliyinin uğursuz olmasının əsl səbəbini açıqlayıb:

"Zaur, gördüyün kimi mən sakit insan deyiləm, çılğın insanam, buradan vurub oradan çıxıram. Məhs ilk ailə həyatımın dağılmasının səbəbi bu olub. "Qırmızılığım", çılğınlığım mənim ilk evliliyimə son qoydu. Mən çox erkən ailə həyatı qurdum. Təsəvvür et ki, 18 yaşımda artıq oğlum Tofiq dünyaya gəlmişdi. Ayrılmağımıza səbəb yaradan bəzi nüansları deyim. Məsələn, mən öz evimizdə vərdiş etmişdim ki, kələm dolması bizdə yekə bükülürdü və yeyən qız olduğum üçün, azı 6 dolma yeyirdim. Amma ər evində bir gün gəldim ki, mənə qabda 3 ədəd xırda bükülmüş dolma qoyulub. Mən də dilə gəlib dedim ki, "Bu, məni doydurmayacaq, bunun üzərinə bir az da çəkin". Qayınanam qayıtdı ki, "Gedib evində yeyərsən". Belə-belə mübahisələrin əsası qoyuldu. Heç evliliyimizin 2 ili tamam olmamış mən həyat yoldaşımdan ayrıldım. O zaman atam mənə demədi ki, ərə getmisən, öl, qal ər evində. Atam mənə qayıdıb dedi ki, "Sənə necə xoşdursa, elə də et". Mən, amma indinin özündə hərdən birinci həyat yoldaşımla görüşəndə də öpüşüb-görüşürəm. Oğlum Oqtay da atasıgilə gedir, nənəsigili gedib görür. Mənim üçün kənardan nə düşündülər maraqsızdır. Bu, mənim həyatımdır və o həyatı mən istədiyim kimi yaşayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.