Namiq Qaraçuxurlu şəxsi həyatı barədə danışıb
Milli.Az xəbər verir ki, "10lar" verilişinə açıqlama verən meyxanaçımız bildirib ki, şəxsi həyatı haqda danışmağı çox sevmir.
Onun nişanlanmaması barədə gəzən söz-söhbətlərdən bezən Namiq bildirib: "Əvvəlki süjetlərə baxsanız, bunun cavabını tapa biləcəksiniz.
Mən ancaq onu bildirə bilərəm ki, gələn il, Allah qoysa, istəyirəm bu həyata keçsin. Amma həyata keçsə, mən toy məsələm haqda mütləq söyləyəcəm".
Sonda o, gülərək deyib: "Qoyun bir az da ulduz olaq da, bu kimi suallar qaranlıq qalsın, nə olar ki..."
Milli.Az





