Şou-biznes

Azərbaycanlı müğənni: "Nə istəyirəm ki, toyum olsun, nə də şəxsi həyatım haqqında mətbuatda nələrsə yazılsın"

12 Avqust 2013 19:43
3 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər zaman qalmaqallı açıqlamalar verən müğənni Rəqsanə bu dəfə alfons kişilərdən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin" dərgisinə müsahibəsində bu cür kişilərin həyatında çox olduğunu deyib:

"Maddiyyatdan çox sevib-sevilməyə önəm verirəm. Həyatımda çox kişi istədi ki, onları dolandırım. Yaxşı ki, tez ayıldım. Özüm qazanan qadınam. Əgər bir qadın evinə qazanc apara bilirsə, o, yüz kişidən qeyrətlidir. İndiki qazancımla yüz kişini dolandıraram".

Sevgilisindən danışan Rəqsanə "ZAQS"ı olduğunu və bundan sonra toy etməyəcəyini söyləyib:

"Mənim üçün toy vacib deyil. Əsas odur ki, biz bir-birimizi sevir və dəyər veririk. Təkcə onu deyə bilərəm ki "ZAQS"ımız var. Artıq nə istəyirəm ki, toyum olsun, nə də şəxsi həyatım haqqında mətbuatda nələrsə yazılsın. Həyatımdakı kişi çox layiqli və dəyərli insandır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.