Şou-biznes

"Lift" realiti-şousunda bir ilk yaşandı: O, üçüncü dueldən qalib çıxdı - FOTOSESSİYA

24 May 2013 09:49
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Lider TV-də hər axşam tamaşaçıların böyük maraqla izlədikləri "Lift" realiti-şousunun mayın 23-nə təsadüf edən buraxılışı da həyəcansız ötüşməyib. Tanınmış teleaparıcı Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan şouda müğənni Elton Hüseynəliyev öz istəyi ilə duelə çıxdı. O, dəqiq seçim edib rəqib bildiyi iştirakçı Emil Bədəlovu meydana çağırmağı qarşısına məqsəd qoymuşdu. Amma tamaşaçıların göndərdiyi sms-lər Emili növbəti dəfə toxunulmaz iştirakçı etdiyi üçün Elton seçimini dizayner İbadət Tağıyevin üzərində dayandırdı.

İki saat davam edən canlı yayımda fikir mübadiləsi İbadətlə Elton arasında getmək əvəzinə, Eltonla Emilin deyişməsi üzərində quruldu. Biri meydandan, digəri də liftin içindən danışıb, üz-üzə gəlməkdən çəkinmədiklərini bəyan etdilər. Hətta şounu ötən gün tərk etmiş prodüser Sayqa Məmmədova da studiyaya məhz Emillə Eltonun yarışmasına şahidlik etmək üçün gəldiyini söylədi. Həyəcan həyacanla əvəzləndi. Və efirin sonuna yaxın Sərxan tamaşaçıların göndərdikləri sms-lərin ümumi faizini açıqladı.

"Lift" realiti-şousunda bu da yaşandı. Elton Hüseynəliyev üçüncü dueldən qalib çıxdı. Qeyd edək ki, şounun tarixində ilk dəfədir ki, bir iştirakçı üçüncü dəfədir, duelə çıxır, dəstək alaraq qalib gəlir. Elton İbadət Tağıyevə qalib gələnə qədər öncə müğənni Sevda Kazımovanı, ardınca da teleaparıcı Lalə Əlimuxtarovanı şoudan kənarlaşdırmağın öhdəsindən gəlib.

Qələbəsini qeyd edən Hüseynəliyev sonda Emil Bədəlova səslənib dedi ki, bir gün də olsa, toxunulmaz iştirakçı olmasın.

"Mən Emillə yarışıb, ona qalib gəlmək istəyirəm", - deyən Eltonun bu istəyinə nə qədər çatıb-çatmayacağını bilmək istəyirsinizsə, mütləq mayın 24-də saat 22:00-dan etibarən Lider TV-nin efirini izləyin.

Şouda mübarizələrini davam etdirən iştirakçılar 4 nəfərdir. Onlar hər gün azalmaqda olan uduş məbləğini qazanmaq uğrunda səbir, dözüm nümayiş etdirirlər. Uduş fondu 100 min AZN-dən artıq 30 min 400 manata enib.

Təqdimata ehtiyacları olmayan iştirakçıları bir daha sizə tanıdırıq - müğənnilər Elton Hüseynəliyev, Emil Bədəlov, Əfqan Quliyev və model Maya Cəfərova.

"Lift" öz maraqlı və sərt şərtlərilə seçilir. Şouda iştirakçıların bütün tələbatları pulludur. Şouda yatmaq, kənara çıxmaq, qidalanmaq və s. tələbatlar təyin olunmuş qaydalar çərçivəsində tənzimlənir. Hətta çimmək belə müəyyən məhdudiyyətlərlə həyata keçirilir. Söyüş, əlbəyaxa dava, əcnəbi dillərdə danışmaq və digər qadağalara əməl etməyən iştirakçılar layihədən dərhal kənarlaşdırılacaqlar.

Realiti-şounun informasiya tərəfdaşları Milli.Az və







































































Fotolar müəllifindir. 
Azernews Newspaper

XƏBƏR LENTİ