Şou-biznes

Aydan Şener Milli.Az-a danışdı: "Sizin sənətçiləriniz ilə..." - FOTO

19 Yanvar 2013 10:20
0 Şərh     Baxış: 2 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur türkiyəli aktrisa Aydan Şener Bakıda Şahin Zəkizadənin rejissoru olduğu "Həkimlər" serialında çəkilir. Aktrisa ilə çəkiliş sonrası görüşüb serialdakı rolu haqqında danışdıq. Aktrisa Milli.Az saytına müsahibəsində bu sözləri dedi:
 
"Hazırda çəkiliş bitib, yorğun olsam da, özümü çox yaxşı hiss edirəm (gülür). "Həkimlər" serialında dünyaca məşhur bir beyin cərrahı həkimi rolunu oynayıram. Oynadığım rol çox gözəl roldur, çox xoşuma gəldi. Çəkilişlərimiz də gözəl keçdi, biz Şahinlə bildiyiniz kimi, yayda bir reklam çəkilişində tanış olmuşduq. O, məni bu seriala dəvət edən kimi fikirləşmədən dəvəti qəbul edib Bakıya gəldim. Biz artıq iki yaxın dostlarıq (gülür). Çəkilişdə sizin sənətçilərinizlə də görüşdüm, tərəf müqabilim də sizin aktyor Nurəddin Mehdixanlı idi. Onunla birlikdə tərəf müqabili olub, eyni serialda çəkilmək şəxsən mənə çox xoş idi. Uzun sözün qısası, hər şey yolunda getdi. Hətta deyərdim ki, çəkilişlərdən böyük zövq aldım (gülür)".
 
Azərbaycana 3-cü gəlişinizdə hansı rola çəkilmək istəyirsiniz sualına isə aktrisa bu cür cavab verib:
 
"Azərbaycana tez-tez gəlmək istəyirəm. O ki qaldı 3-cü gəlişimdə hansı rola çəkilmək istəyimə, bu, mənə təqdim olunan roldan, obrazdan aslıdır (gülür)".
 
Serial ilə bağlı rejissor Şahin Zəkizadənin də fikirlərini aldıq:
 
 "Ssenaristimiz Kəmalə xanım ssenarini yazıb bizə təqdim edərkən orada Almaniyadan gəlmiş beyin cərrahı həkimi rolunu gördük. Biz öz kollektivimizlə çox düşündük ki, kimi dəvət edək? Əvvəlcə istədik ki, öz yerli aktrisalarımızdan birini çəkək. Daha sonra fikirləşdik ki, bu, türk aktrisası olsa, daha yaxşı olar. Ağlımıza gələn ilk insan Aydan Şener oldu. Danışıqlarımız çox getmədi, çünki biz artıq onunla yay ayında reklam çəkilişindən tanış idik. Bizim təklifimizi Aydan xanım dərhal qəbul edib Bakıya gəldi. Siz onu tam bir seriyada görəcəksiniz. Onu da bildirim ki, Aydan Şener serialımızda təmənnasız çəkilir. Düzdü, müəyyən xərclər var, amma şəxsən onun özünə çatacaq pul vəsaiti deyil. Bazar günü axşam isə Aydan xanım Türkiyəyə qayıdacaq".
 
Rejissor Aydan Şenerin zəhərlənməsi ilə bağlı yayılan şayiələrə də münasibət bildirib:
 
"Özünüz gördünüz ki, Aydan xanım, şükürlər olsun, gümrahdır, sağlamdır. Bu, bir yalan şayiə idi yayılmışdı", - deyə rejissor bildirib.
 
Əli Novruzəliyev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.