Siyasət

"Bəyanatlar böyük təəccüb doğurur"

30 Mart 2015 12:46
Baxış: 613
"Artıq bir neçə dəfədir ki, ABŞ-da qaradərili insanlara qarşı zorakılıq tətbiq edilir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

YAP rəsmisinin sözlərinə görə, bunun özü göstərir ki, bu sahədə heç də bütün məsələlər yoluna qoyulmayıb: "Əlbəttə, cəmiyyət olan yerdə problem də olur. Ancaq ABŞ-ın özündə bu tip problemlər olduğu halda digər ölkələrdə insanların zorakılığa məruz qalması, onların hüquqlarının pozulması barədə iddialar irəli sürmək artıq ikili standartlardan xəbər verir. Azərbaycan gənc və müstəqil dövlətdir. Hüquqi demokratik dövlət quruculuğunu özünün prioritet istiqaməti hesab edir. Təbii ki, bu istiqamətdə böyük işlər aparılır. Ümummilli lider Heydər Əliyevin zamanında demokratik Konstitusiya qəbul edildi və ora müvafiq dəyişikliklər oldu. Həmin Konstitusiyada insan hüquqlarının təmin edilməsi istiqamətində dövlət tərəfindən çox böyük işlər görülür. Bu, cəmiyyət və xarici dövlətlər tərəfindən bir qayda olaraq dəstəklənir və müsbət qiymət verilir".

A.Mirzəzadə bildirib ki, ancaq ara-sıra hansısa bir qanun pozucusunun hüquqi məsuliyyətdən azad olması ilə bağlı ABŞ tərəfindən bəyanatların səsləndirilməsi istər-istəməz çox böyük təəccüb doğurur: "Biz çox istərdik ki, özünün demokratik dəyərləri ilə dünyada tanınan ABŞ, əlbəttə ki, bu fərqi görə və digər ölkələrin dövlət quruculuğu məsələlərinə daimi obyektiv yanaşa bilərdi".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.