İqtisadiyyat

Rusiyaya qarşı sanksiyalar Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək

4 Aprel 2014 19:30
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ, Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir edə bilməz". Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) baş iqtisadçısı Devid Oldfild Bakıda keçirilən "Asian Development Outlook-2014" hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu sanksiyalardan daha çox əmtəə dövriyyəsi və əmək bazarı Rusiya ilə güclü olan ölkələr (Qazaxıstan, Qırğızıstan, Tacikistan) əziyyət çəkə bilər: "Azərbaycanın Rusiya iqtisadiyyatı ilə əlaqəsi daha aşağı səviyyədədir".

AİB-in Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nailə Vəliyevanın fikrincə, bu sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün o zaman ciddi fəsadlar törədə bilər ki, sanksiyaların güclənməsi neftin qiymətinin azalmasına səbəb olsun: "Bundan başqa, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkədə işləyən azərbaycanlıların gəlirlərinə də təsir edəcək ki, bu da Rusiyadan pul köçürmələrinin həcmini azalda bilər. Nəticədə bu, ölkənin tədiyyə balansına təsir göstərə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.