Kulinariya

Günün təamı - şirin çörək - FOTO

14 Dekabr 2011 07:00
9 Şərh     Baxış: 34 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tərkibi:

20 q maya
500 ml qızdırılmış süd
1 yumurta
1 ç.q. sarıkök
250 q şəkər tozu
200 q yağ (marqarin)
750 q + 10-12 x.q. un
duz
 
Mayanı süddə qarışdırın, duz, 1 x.q. şəkər tozu, sarıkök, 10-12 x.q. un əlavə edin və bunları qarışdırın. Kütlə çox duru olmamalıdır. Gəlməsi üçün isti yerə qoyun. Mayalanmış xəmir qalxmalıdır. Bir necə dəfə kütləni qarışdırın.
 
Yağı əridin. Bir qaba unun yarısını və şəkəri tökün, mayalanmış xəmiri, yağı, yumurtanı əlavə edib bərk olmayan xəmir yoğurun, az-az un əlavə edin. Hazır xəmir bərk olmamalıdır, bir qədər ələ yapışmalıdır. Qabın üstünə dəsmal atıb isti yerə qoyun. İmkan verin, xəmir qalxsın. 1,5 saat saxlayın, amma xəmiri bir neçə dəfə yoğurun.
 
Hazır xəmiri 4 hissəyə bölüb, kündələri 2 sm qalığında yayın. Kökələrin üstünə yaş cuna, ya da dəsmal örtüb 1 saatlıq yana qoyun. 1 saatdan sonra kökənin üstünə çalınmiş yumurta çəkib, çəngəlin əks tərəfiylə zolaqlar çəkin.
 
200 dərəcə qızdırılmış sobaya qoyun. 5 dəqiqə sonra çörəyi sobadan çıxarıb yenə üstünə yumurta sürtüb, çəngəllə zolaqlar çəkib, üstünə xaşxaş, ya küncüt səpib bişirməyə davam edin. Şirin çörək 20-30 dəqiqəyə bişir.
 
Nuş olsun!

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.