Kulinariya

Pendirli çöplər - FOTO

29 Avqust 2016 07:00
54 Şərh     Baxış: 5 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az pendirli çöplərin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

150 q bərk pendir
1,5 st. un
80 q yağ
4 x.q. süd
duz (zövqə görə)
1 balaca limonun sedrası
qara çörəkotu, küncüt (zövqə görə) 

Pendirlə kərə yağını sürtgəcin xırda gözündən keçirin. Yaxşıca qarışdırın. Qara çörəkotu ilə küncüt də əlavə edə bilərsiniz. 
Duz, süd, sedra qatıb bir də qarışdırın. 
Sonra unu əlavə edib elastik xəmir yoğurun. 

Xəmiri 0,5 sm qalınlıqda yayın. Şəridlərə doğrayıb onları əlinizlə yayaraq borucuq halına salın. 

Perqament kağızının üzərinə düzüb 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızılı rəng alanadək bişirin. 

Soyuduqdan sonra yeyin. Pendirin dadı məhz soyuduqdan sonra bilinir.

Hazır pendir çöplərini xırt-xırt olsun deyə ağzıbağlı kağız qutuda saxlamaq lazımdır. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.