Kulinariya

Xaş-xaş ilə armud mürəbbəsi

23 Avqust 2016 07:00
15 Şərh     Baxış: 4 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xaş-xaş və vanillə armud mürəbbəsinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

400 q armud
100 q şəkər tozu
2 x.q. limon şirəsi
1 x.q. xaş-xaş
0,5 budaq vanil

Armudun cecəyini çıxarıb kubik doğrayın. Qabığını da soya bilərsiniz, amma çox nazikdirsə, saxlaya bilərsiniz.

Üzərinə şəkər tozu səpin, 1 qaşıq limon şirəsi töküb 1,5-2 saat saxlayın. Şirəsi çıxacaq.  

Vanil budağını aralayıb əlavə edin. Vam odda bişirin. Qaynara düşəndən sonra səliqə ilə qarışdıraraq 20 dəqiqə bişirin. 

Xaş-xaşı quru tavada qovurun. 

Xaş-xaşı mürəbbəyə qatın, 1 x.q. limon şirəsi əlavə edib yenidən ocağa qoyun, 10 dəqiqə bişirin. (Bu mərhələdə ocağa qoymazdan əvvəl onu blenderdən keçirib püre halına da sala bilərsiniz, o zaman cem olacaq).

Sterilizə edilmiş bankalara yığın. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.