Kulinariya

Kabsa - FOTO

27 Mart 2016 06:00
21 Şərh     Baxış: 6 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ərəb mətbəxindən kabsanın fələstin variantının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 toyuq
3 st. basmati düyüsü
2 orta boy soğan 
4-5 diş sarımsaq 
3 x.q. tomat pastası
2 x.q. sirkə 
500 q yerkökü
2 şirin bibər 
bitki yağı
ətirli ağ istiot
hil
qara istiot
dəfnə yarpağı
duz

Toyuğu 8 yerə doğrayın. Duz, ədviyyat vurub bitki yağında qızardın. 
Sonra çıxarıb bir qaba yığın. Toyuğu qızartdığınız yağda doğranmış soğanı açıq-qızılı rəng alanadək qovurun (toyuğu çıxarmadan elə soğanı üzərinə də əlavə edə bilərsiniz). 
Toyuğu qazana yığın, qaynar su tökün, dəfnə yarpağı, duz əlavə edib bişirin. 
Bişənə 10 dəqiqə qalmış tomat pastası və sirkə əlavə edin (sirkəni zövqə görə qatın, əks halda çox turş alına bilər), yaxşıca qarışdırın. 
Başqa iri tavada sürtgəcin iri gözündən keçirilmiş yerkökü, nazik uzun doğranmış bibər, xırdalanmış sarımsağı qovurun, duz, ədviyyat vurun. 
Bunlar qızaranda yuyulmuş düyünü əlavə edin. 
5-8 dəqiqə qovurun. 
Toyuğu tomatlı sousdan çıxarın, bu sousa düyü ilə tərəvəz qarışığını əlavə edin, sous 2 sm düyünün üzərinə çıxmalıdır.  Qarışdırın, lazım gələrsə, bir qədər də duz və ədviyyat qatın. Qapağını örtüb qaynara düşəndən sonra ocağı azaldın, düyü suyu tam çəkəndən sonra ocağı söndürün. Qapağını kip örtüb dəmləyin. 
Süfrəyə toyuqla verin. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.