Kulinariya

Briqadeyro konfetləri - FOTO

24 Fevral 2016 07:00
892 Şərh     Baxış: 11 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az braziliyalıların sevimli ev konfetləri briqadeyronun hazırlanma qaydasını təqdim edir. 

Tərkibi: 

380 q qatılaşdırılmış süd
2 x.q. kakao tozu
30 q kərə yağı
1/4 ç.q. duz
15-20 q dekorativ şokolad yonqarı

Qatılaşdırılmış süd, yağ, duz və kakaonu tavaya qoyun.

Orta itilikli ocağın üstünə qoyub daim qarışdıraraq təxminən 10 dəqiqə, qatılaşanadək bişirin. 

Bu kütləni soyuq qaba yığıb ağzına qida plyonkası çəkin, tam soyudun. 

Kütlədən kürələr düzəldib dekorativ şokolad yonqarına batırın. 

Nuş olsun!

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.