Kulinariya

Mətbəx sirləri: Şokoladlı-halvalı hörük - FOTO

1 Fevral 2015 07:00
0 Şərh     Baxış: 3 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az şokoladlı-halvalı piroqun hazırlanma qaydasını təqdim edir. Halvanı banan və qozla da əvəz edə bilərsiniz.

Tərkibi: 

xəmir: 

3.5 st. un (500 q)
1 x.q. quru maya (və ya 25 q yaş maya)
1/2 st. (100 q) şəkər tozu
100 q kərə yağı
2/3 st. (160 ml) isti süd
2 yumurta
1/2 ç.q. duz

iç: 

1,5 plitka  şokolad
250 q halva
başqa variant: 1.5 banan + 1 ovuc xırdalanmış qoz

Unla mayanı qarışdırın.

Şəkər tozu və yumurtanı əlavə edib mikserlə qarışdırın.

Süd və kərə yağını mikrodalğalı sobada 1 dəqiqə qızdırın və xəmirə əlavə edin. 

Xəmiri mikserlə 5 dəqiqə çalın.

Üzərinə dəsmal çəkib isti yerdə yarım saat saxlayın. Sonra isə soyuducuya qoyub minimum 4 saat saxlayın. Alternativ variant: 2 saat isti yerdə saxlayın, yayarkən isə daha çox un istifadə edin.

Xəmiri azca un səpməklə yayın (eni 3, uzunu 2 şokolad plitkası uzunluqda). Artıqlarını bıçaqla kəsib hamarlayın (düzbucaqlı olmalıdır).



Xəmiri oxlova büküb perqament döşənmiş siniyə qoyun, açın.

Xəmirin tam ortasında 1,5 şokolad plitkasını yerləşdirin. Bıçaqla kənarlarını bəlirləyin (kəsməyin, konturunu cızın).



Bu konturun içinə halvanı qoyun. Üzərinə isə 1,5 şokolad plitkasını.



Halva yerinə banan və xırdalanmış qoz götürə bilərsiniz.



Konturdan kənardakı xəmiri 1 kubik şokolad enində (bu, vacibdir) şəridlərə doğrayın. Yuxarı və aşağı başlarda yer qoymağı unutmayın. 



Hörük: aşağı və yuxarı hissələrdəki xəmiri içəriyə doğru qatlayın. Kənardakıları isə azacıq dartıb uzadaraq bir-birinin üzərinə qatlayın.



Hazır hörüyün üzərinə dəsmal örtüb yarım saat isti yerdə saxlayın. Sonra üzərinə yumurta çəkin, 170-180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.



Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.