Kulinariya

Mətbəx sirləri: Marinə edilmiş badımcanlar - FOTO

2 Avqust 2014 06:00
0 Şərh     Baxış: 4 847
Milli.Az Stalik Xankişiyevin bloquna istinadən marinə edilmiş badımcanların hazırlanma qaydasını təqdim edir

Tərkibi:

Badımcan
Yerkökü
Soğan
Göy soğan
Bolqar bibəri
Şəkər tozu
Duz
İstiot
Keşniş toxumu
Yağ
Su
Sirkə
Dəfnə yarpağı

İri qazanda suya duz töküb qaynamağa qoyun.



Bu müddətdə badımcanları uzunasına ortadan yarın.



Badımcanları qaynayan suya tökün, qazanın qapağını örtün, rəngini dəyişib yumşalanda çıxarın. Buna təxminən 5-10 dəqiqə vaxt gedəcək (badımcanların qədərindən asılıdır).



Badımcanları sudan çıxarıb maili səth üzərinə düzün.



Üzərinə bir lövhə və yük qoyun, suyunun tam axmasını gözləyin.



Bu müddətdə yerkökünü saman kimi doğrayın.



Baş soğanı, göy soğanı, bolqar bibərini və sarımsağı da xırdalayın.



Ədviyyatları unutmayın.



Qara dənəvər istiot, dəfnə yarpağı, ağ dənəvər istiot əlavə etməklə marinad bişirin. 1 litr suya 1 x.q. şəkər tozu və turşaşirin dad verəcək qədər sirkə əlavə edin. Sonra suyun hər  litrinə 1 x.q. duz əlavə edin.

Bitki yağında soğanı qızılı rəng alanadək qovurun. Keşniş toxumu əlavə edin.



Göy soğan və bolqar bibəri əlavə edib qarışdırın.



Dərhal da sarımsaq, ədviyyat və göyərti qurularını əlavə edib qarışdırın.



Yerkökünü, təzə göyərtini əlavə edin, tavanı ocaqdan götürüb qarışdırın.



Badımcanları, hazırladığınız tərəvəzləri, badımcanı və marinə edəcəyiniz qabı yanaşı qoyun.



Əgər badımcanlar sulu qalıbsa, əlinizlə sıxın.



Bişirdiyiniz tərəvəz qarışığını badımcanların içinə doldurun.



Lap çox doldurmaq lazım deyil.



Badımcanları mümkün olduğu qədər sıx-sıx qaba düzün, üzərinə qaynar marinadı tökün.



Badımcanları basa-basa yığın ki, marinad üstünü tam örtsün.



Bu qabı bir həftə otaqda saxlayın. Sonra dadına baxın. Xoşunuza gəldisə, qabı soyuq yerə qoymaq olar. Amma ağzını bərk bağlayın və diqqət edin ki, marinad badımcanların üzərini tam örtsün.



Nuş olsun!

Milli.Az
Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.