Kulinariya

Mətbəx sirləri: "Tbilisi" salatı

6 Aprel 2014 07:00
13 Şərh     Baxış: 15 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Tbilisi" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 banka qırmızı lobya konservi
300 q bişmiş mal əti
1 orta boy qırmızı soğan
1 qırmızı bolqar bibəri
0,5 acı istiot
3 diş sarımsaq
50 q qoz
1 dəstə keşniş
qara istiot
zeytun yağı
üzüm sirkəsi
 
Soğanı nazik yarımhalqa doğrayın. 2 dəqiqə qaynar suda saxlayıb suyu süzün.

Bolqar bibərini təmizləyib saman kimi doğrayın.

Bişmiş əti kubik doğrayın.

Acı istiotun toxumunu təmizləyib çox xırda doğrayın.

Sarımsağı xırda doğrayın, yaxud əzin.

Lobyanın suyunu süzüb yuyun. Soğan, ət, bibər, acı istiot, sarımsaq, doğranmış keşniş, qovrulub xırdalanmış qoz, duz, qara istiot əlavə edib qarışdırın.

4-5 qaşıq zeytun yağı ilə 1 x.q. üzüm sirkəsini qarışdırıb salatın üzərinə gəzdirin, qarışdırın.

Nuş olsun!

Resept: alex-povar.blogspot.ru

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.