Milli.Az "Havana" tortunun hazırlanma qaydasını təqdim edir
Tərkibi:
karamelizə edilmiş fındıq:
350 q fındıq (iri doğranmış)
10 x.q. şəkər tozu
alt qat:
2 yumurtanın sarısı
100 q yağ
3 x.q. un
8 dolu x.q. karamelizə edilmiş fındıq
orta qat:
4 yumurtanın ağı
8 dolu x.q. karamelizə edilmiş fındıq
iç:
3 x.q. (30 q) jelatin
1 l süd
1 budaq vanil
15 x.q. şəkər tozu
500 q 33%-li çalınmış qaymaq
3 x.q. şəkər pudrası
Əvvəlcə karamelizə edilmiş fındıq hazırlamaq lazımdır. Şəkər tozunu tavaya qoyub vam odda karamel halına düşənədək əridin, fındığı əlavə edib dərhal qarışdırın, perqamentin üzərinə bir lay döşəyin. Soyuduqdan sonra xırdalayın.
İç:
Jelatini 6 x.q. suda isladın.
Vanil budağını ortadan bölüb toxumlarını çıxarın. Toxumları qabıqları və şəkər tozu ilə birlikdə südə əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə ocaqdan götürüb azca soyudun. Jelatini qızdırıb südə əlavə edin. Qarışdırın, qapağını örtüb otaq temperaturunadək soyudun. Sonra isə soyuducuya qoyun. Soyuyandan sonra pudinq qatılığında olmalıdır.
İç soyuduğu müddətdə korjları hazırlayın.
Alt qat üçün: Sobanı 180 dərəcə qızdırın. 22 sm-lik formanın içinə perqament döşəyin.
Yumurta sarılarını kərə yağı ilə çalın, unu və karamelizə edilmiş fındığı əlavə edin. Xəmiri hazırladığınız formaya tökün, sobada 10-12 dəqiqə bişirin.
Orta qat üçün: sobanın dərəcəsini 120-yə salın. 22 sm-lik iki formanın içinə perqament döşəyin. Yumurta ağlarını möhkəm çalın. Karamelizə edilmiş fındığı bir neçə dəfəyə əlavə edin. Alınan qarışığı iki yerə bölüb formalara tökün. Sobada 30 dəqiqə bişirin. Azca soyudandan sonra formadan çıxarın, kağızı soyun. Uzun müddət formada saxlasanız, karamel əriyəcək, korja da islanacaq.
Soyuducudakı sufle lazım olan konsistensiyaya (pudinq) çatanda çıxarıb mikserlə çalın. Ayrıca qabda qaymağı şəkər pudrası ilə çalın, sonra səliqə ilə sufle ilə qarışdırın.
Tortu yığmaq üçün 24 sm diametrli forma lazımdır. Onun dibinə və kənarlarına perqament döşəyin.
Formanın içinə öncə alt qatı qoyun, üzərinə için 1/3-ni döşəyin. Sonra orta qatlardan birini qoyun, yenə için 1/3-ni döşəyin. Yenə yumurta ağlı korju qoyub için qalanını döşəyin. Tortu soyuducuda və ya dondurucuda bir neçə saat (hətta bir neçə gün) saxlayın (dondurucuda saxlasanız, süfrəyə verməzdən 7-8 saat öncə soyuducuya qoyun ki, donu açılsın). Üzərini şokolad və ya fındıqla bəzəyə bilərsiniz.
Nuş olsun!
Resept: alex-povar.blogspot.ru
Vanil çubuqları:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu
- Dırnaqda ağ nöqtələrin və zolaqların yaranmasının SƏBƏBİ
- Azərbaycan 2250 universitet arasında yer ala bilmədi, səbəb...
- İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
- Karateçilərimiz Venetsiyada
- Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi
- Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - DƏHŞƏT YAŞADI
- Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq
- 44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr
- Dünyada qadağan olunan yağ Bakıda satılır - FOTO
- Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür
- Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib
- Günün qoroskopu: Gizli məlumatlar ortaya çıxa bilər, diqqətli olun
- Ümid edirik ki, bu tarixə kimi Bakı ilə sülh olacaq - Xaçatryan