Kulinariya

Mətbəx sirləri: Sürprizli kartof - FOTO

30 Mart 2014 07:00
32 Şərh     Baxış: 7 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az kartof və yumurtadan dadlı təamın hazırlanma qaydasını təqdim edir.

Tərkibi (2 pay):

4 bişmiş kartof
4 bildirçin yumurtası
50 q bərk pendir
duz
istiot



Bu təamın hazırlanmasında həm xırda, həm iri kartofdan istifadə edə bilərsiniz. İri kartofu iki yerə bölmək lazımdır.


Kartofu bişirib soyudun, qabığını təmizləyin.



Çay qaşığı ilə içini çıxarın.



Hər birinin içinə bildirçin yumurtası qırın. Duz, istiot vurun.



Pendiri sürtgəcin iri gözündən keçirin. Kartofların üzərinə səpin. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.



Nuş olsun!

Resept və foto: vk.com/academy_main

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.