Kulinariya

Mətbəx sirləri: Kəsmikli "Zebra" - FOTO

18 Fevral 2014 07:00
84 Şərh     Baxış: 9 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az kəsmikli "Zebra" zapekankasının hazırlanma qaydasını təqdim edir

Tərkibi (10 pay):

500 q kəsmik
5 x.q. şəkər tozu
2 yumurta
4 x.q. mannı
2 q duz
1 x.q.  kakao
2 q vanil
150 ml süd

Kəsmiyə şəkər tozu, vanil, duz və yumurta əlavə edib qarışdırın.



Süd və mannı əlavə edib yenə qarışdırın.



Xəmiri gözəyarı iki hissəyə bölün. Birinə kakao əlavə edib qarışdırın.



Formanı yağlayın. Hər xəmirdən qaşıq-qaşıq götürərək növbələməklə formanın tam ortasından tökün.



170-175 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Mikrodalğalı sobadan istifadə edirsinizsə, içində xəmir olan formanı sobaya qoyun, sonra isə maksimal gücdə (750) qoyub vaxtı 10 dəqiqəyə ayarlayın (sonra mikrodalğalı sobada daha iki dəqiqə saxlayıb sonra çıxarın).




Formadan çıxarın, soyudub doğrayın. Tərs çevirib üzərinə şokolad da səpə bilərsiniz.



Resept və foto: vk.com/feed

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.