Kulinariya

Mətbəx sirləri: Türk paxlavası - FOTO - VİDEO

27 Fevral 2013 07:00
2 Şərh     Baxış: 50 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda olduğu kimi, Türkiyədə də paxlavanın xeyli növü var. Onlardan birinin hazırlanma qaydası ilə tanış edirik (digər ikisi isə videolarda).

xəmir:
1 kq un
2 st. süd
100 q kərə yağı
1 yumurta
duz

iç:
300 q qoz
300 q şəkər tozu

şərbət:
1 st. şəkər tozu
1 st. su
zəfəran

+100 q ərinmiş yağ



Unu ləyənə ələyin, yumurta qırın, süd, ərinmiş yağ, duz əlavə edib bircinsli yumşaq, ələ yapışmayan xəmir yoğurun.



Kündələyin, təxminən 45 kündə alınır.



Xırdalanmış qozla şəkəri qarışdırın.



Bir kündəni götürüb napnazik yayın, üzərinə ərinmiş kərə yağı çəkin, iç səpin.



Napnazik oxlov (yoxdursa, çubuq) götürüb lavaşı onun köməyilə rulet kimi bükün.  



Qıraqlardan "ruleti" əlinizlə ortaya doğru sıxın (qırış-qırış alınacaq).



Bütün xəmir və iç bitənədək belə paxlavalar hazırlayın. Sonra bunları yağlanmış dərin siniyə, yaxın-yaxın qoyun, üzərinə yumurta sarısı çəkin, 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Çıxarın, üzərinə ərinmiş isti yağ gəzdirin, yenə də sobaya, üstü qızaranadək bişməyə qoyun (təxminən 30-40 dəqiqə).

Şəkər tozu ilə suyu qarışdırın, zəfəran (idealda - limon) əlavə edin, qaynadın.  

Üstü qızarmış paxlavanı çıxarın, üstünə şərbət gəzdirin, sobada daha 5 dəqiqə bişirin.



Resept, foto və videolar: vkusnyblog.ru, kyxarka.ru, kekevi.com, uzmantv.com

Nuş olsun!

Milli.Az








Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.