Qozlu mütəkkə
Tərkibi:
xəmir üçün:
1 kq un
500 q yağ
5 yumurtanın sarısı
250 q xama
iç:
1 kq qovrulub təmizlənmiş qoz
1 kq şəkər tozu
hil
Əvvəlcə içi hazırlayın: qozu qozçəkən maşından keçirib şəkər tozu və hillə qarışdırın.
Xəmirin ərzaqlarını qarışdırıb yoğurun. 300 qramlıq kündələr tutun. Çox nazik yayın. Lavaşı 8 yerə bölün (üçbucaq hissələr alınmalıdır). Hər üçbucağın enli hissəsinə iç qoyub boru kimi bükün.
200 dərəcə qızdırılmış sobada bişirin.
Süfrəyə verərkən üzərinə şəkər pudrası çəkin.
Böyütmək üçün şəkillərə klikləyin.


Bəyaz mütəkkə

xəmir:
200 q yumşaldılmış kərə yağı
150 q yağlı xama (24-30%)
3 yumurtanın sarısı
3 st. un
bir çimdik duz
1/2 ç.q. söndürülmüş soda, yaxud 1 dolu ç.q. qabartma tozu
vanilin
iç:
200 q qoz
150 q şəkər tozu
2-3 yumurtanın ağı
hil, muskat cevizi, vanil (istəyə görə)
2 st. unu duz, qabartma tozu (soda) və vanillə qarışdırın. Yağ əlavə edib ovun (umac kimi). Yumurta sarılarını əlavə edib 3-cü stəkan unu da arada əlavə edə-edə xəmir yoğurun. Xəmiir yumşaq olmalı, amma ələ yapışmamalıdır. Xəmiri 4 yerə bölüb kündə tutun, 20-30 dəqiqəliyə soyuducuya qoyun.
Qozu qozçəkən maşından keçirib şəkər tozu ilə qarışdırın. Yumurtanın ağını elə miqdarda vurun ki, iç sıyıq olmasın (yaxşı olar ki, yumurta ağını çalıb sonra qoz qarışığına qatasınız).
Kündələri 30-32 sm enində, 0,1-0,2 mm qalınlıqda yayın. Dairəni 16 hissəyə bölün. Enli tərəfə iç qoyun, sonra da rulet kimi bükün.
Sininin içinə perqament döşəyin. Mütəkkələri düzüb 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin (azacıq qızaranadək).
Soyudun, üzərinə şəkər pudrası səpin.
Böyütmək üçün şəklə klikləyin.

Nuş olsun!
Milli.Az





