Maraqlı

Müdir ofisiant qızı məşhur aktyorun yatağında çılpaq tutdu - FOTO - YENİLƏNİB

22 May 2017 17:22
9 Şərh     Baxış: 17 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:22

İngilis aktyor Orlando Bloom ilə bir gecə keçirən 21 yaşlı ofisiant qız Viviana Ross müdiri tərəfindən otel otağında çılpaq halda tutulunca işdən qovulub.

Londonun Vest End bölgəsindəki beş ulduzlu oteldə ofisiantlıq edən Viviana Ross otelin restoranında "Karib dənizinin quldurları" filminin ulduzu Orlando Bloom ilə tanış olub.

40 yaşlı ulduzla otel otağında intim münasibətdə olub.

Bloom otaqdan çıxdıqdan sonra otağa girən otelin müdiri çılpaq halda tutduğu 21 yaşlı Rossu işdən qovub.

Milli.Az xəbər verir ki, İngiltərənin "The Sun" qəzetinə danışan Rossun yaxın rəfiqəsi: "İşdən qovulduğu üçün kədərlidir, amma etdiyindən peşman deyil. Viviana və Orlando arasında bir-birlərini gördükləri ilk andan etibarən böyük bir "elektrik yaranıb". Viviana Orlando ilə unudulmaz zaman keçirdiyini, onun qeyri-adi bir sevgili olduğunu söylədi", - ifadələrini işlədib.

Ofisiant qızın rəfiqəsi cümə gecəsi işi bitdikdən sonra Rossun paltarını dəyişdiyini, bardan ayrıldığını və Bloom ilə çöldə görüşdüyünü söyləyib. Rəfiqəsi məşhur aktyorun rumıniyalı qız Rossu oteldəki otağında içki içməyə dəvət etdiyini ifadə edərək: "İlk addım Orlandodan gəlib. Beş gündür oteldə qalırdı və ikisi arasında cinsi münasibət getdikcə artmaqda idi. Rəhbərlik Rossu Orlando Bloomun yatağında çılpaq halda yatarkən gördü. Qısa müddət sonra Rossun telefonuna qovulduğuna dair mesaj göndərdi", - deyib.

Orlando Bloomun telefon nömrəsini bilməyən Rossun dünyaca məşhur aktyoru olub-bitəndən xəbərdar edə bilmədiyi məlum olub. 

-------

12:13

Məşhur aktyor Orlando Bloomun otağında çılpaq tapılan ofisiant qadın müdiri tərəfindən işdən qovulub.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, 21 yaşlı Viviana Ross adlı ofisiant ona içki süzüb və növbəsi bitdikdən sonra "Pirates of the Caribbean"ın ulduzu ilə otağa çıxıb.

Səhər açılanda aktyor getdikdən sonra ofisiant onun otağında çılpaq halda tapılıb. Onu bu halda "Chiltern Firehouse"un meneceri tapıb. Qadın işdən qovulub.

Qovulan ofisiantın yaxın dostu jurnalistlərə açıqlama verib. O bildirib ki, Viviana işdən çıxarıldığına görə məyus olsa da, ulduzla keçirdiyi möhtəşəm gecəyə görə peşman deyil.

Milli.Az 21 yaşlı ofisantın fotolarını təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.