Maraqlı

WhatsApp niyə çökdü? - AÇIQLAMA - YENİLƏNİB

4 May 2017 10:02
11 Şərh     Baxış: 4 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 10:02

Dünyanın ən geniş istifadə edilən ani mesajlaşma xidməti "WhatsApp"da ötən gecə yaranan problem çoxlarını narahat edib.
 
Milli.Az-ın istipress-ə istinadən məlumatına görə, "WhatsApp" dünyada gecə saat 22 radələrində çöküb. Texniki problemə kiber hücumun səbəb olduğu güman edilir. 
Dünyada yüzlərlə şəbəkə istifadəçi yaranan problemi "Twitter"dən elan edib. "WhatsApp" rəsmiləri yaşanan problemlə bağlı açıqlama yaymalı olublar. Onlar xidmətin dayandığının fərqində olduqlarını və problemi ən qısa zamanda həll etməyə çalışdıqlarını açıqlayıblar. 

Dünyanın onlarla ölkəsindəki "WhatsApp" problem 3 saata yaxın davam edib. Şirkət rəsmisi hansı ölkələrin serverin zədələnməsindən əziyyət çəkdiyini açıqlamayaıb. 
Qeyd edək ki, problem Azərbaycanda da müşahidə edilib. Azərbaycanda hazırda "WhatsApp" proqramından 6 milyondan çox insan istifadə edir.  

-----------

08:43

Bir sıra ölkələrdə "WhatsApp"ın işində nasazlıq yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nasazlıq bir neçə saat sonra aradan qaldırılıb, amma onun səbəbləri barəsində məlumat verilmir.

"WhatsApp" 2014-ci il fevralın 19-da Facebook tərəfindən 19 milyard dollara satın alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.