Maraqlı

Klimancaronu fəth edən azərbaycanlı: "Zirvəyə 100 metr qalmış öldü" - VİDEO - FOTO

15 Mart 2017 14:25
2 Şərh     Baxış: 3 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nədənsə, ekstrim və macəra anlayışlarını çox vaxt xarici ölkələrə xas olan bir şey kimi qəbul edirik. Halbuki, Vətənimizdə də riskli insanlar, xüsusilə də gənclər az deyil. Gəncədə yaşayan 24 yaşlı gənc də onlardan biridir.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, Turan Əhmədov bir neçə gündür ki, ikinci ekzotik səyahətindən, Afrika qitəsinin ən hündür dağı olan Klimancaroya yürüşdən qayıdıb.

Turan Əhmədov - ekstremal turizm həvəskarı: "Hər il Klimancaro dağının zivəsində 10 nəfərə yaxın insan həlak olur. Tərslikdən, bizim də səfərimizdə xoşagəlməz hal yaşandı. Bizimlə qalxan paralel qrupdakı norveçli turist zirvəyə 100 metr qalmış həyatını itirdi. Klimancaro dağına qalxmaq üçün qrup formalaşdırmaq lazımdır. Qrupa hər adam başı 4 nəfər porter, 2 nəfər aşbaz, 1 nəfər bələdçi lazımdır. Mən bu qrupu Klimancaroya ən yaxın şəhər sayılan Aruşada hazırladım".
Həmsöhbətimiz xatırladır ki, Klimancaro dağı, demək olar ki, Yer kürəsinin ekvator xəttinin üstündə yerləşir. Bu səbəbdən də onun ətəklərindən yuxarıya doğru hərəkət edərkən planetimizin 7 iqlim qurşağından keçmiş olursan. Bu nadir hal insandan dözümlülük və çevik akklimatizasiya bacarığı tələb edir.

Turan Əhmədov - ekstremal turizm həvəskarı: "Zirvədə Azərbaycan bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir. Səfərimində əsas məqsədlərindən biri bu idi".
Turan, Vətənimizin bir neçə dağ zirvələrinə də qalxıb. Ötən ilin yayında isə o, dünyanın ən hündür məkanı olan Himalay dağlarına təkbaşına səyahət edib. Ekstremal dağçı bu sahədə öz yeni ideyalarını həyata keçirməyi də düşünür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Klimancaronu fəth edən azərbaycanlı:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.