Maraqlı

Qışın əsas trendi - FOTO

4 Yanvar 2017 22:57
1 Şərh     Baxış: 2 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moda evləri qış üçün o qədər müxtəlif üst geyimləri təklif edib ki, mağazalara girəndə istər-istəməz seçimlər arasında başını itirirsən. Qeyd etmək lazımdır ki, üst geyimi seçiminə maksimum məsuliyyətlə yanaşmaq lazımdır, çünki bütün qış boyu onu çox tez-tez geyinməli olacaqsınız. Aydın məsələdir ki, üst geyimi nə qədər qalın olsa, soyuğa qarşı bir o qədər dözümlü olacıq. Bundan başqa, qalın palto və ya kurtka xəstələnməyəcənizin zəmanətidir.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu mövsüm dəb dünyası modapərəstləri həcmli dublyonkalara diqqət yetirməyə çağırır. Dublyonkalar üst geyimləri qış aylarında qalınlığına və məşhurluğuna görə, ilk yerdə dayanır. Bu tendensiya ölkəmizin iqlim şəraiti çox gözəl uzlaşır, hətta qarlı-şaxtalı günlərdə aktual görünməyə imkan verir.

Lakin unutmayın ki, dublyonkalar bədəni həddən artıq kök göstərir. Odur ki, ölçülərinizə və üz rənginizə uyğun ən münasib fasonunu seçin.
Tanınmış modapərəstlər dublyonkaları yüngül, zərif paltar, mini-yubkalar, bortfordlar və cinslərlə və hətta ciddi şalvarlarla geyinirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.