Pişiklərlə böyüyən uşaqlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heyvanlarla birlikdə yaşamağın insan sağlamlığına bir çox faydası olduğunu bilirik. Bəs kiçik yaşdan etibarən pişiklərlə birlikdə yaşayan, onlarla böyüyən uşaqları necə bir gələcək gözləyir?
Milli.Az lent.az-a istinadən bildirir ki, "Kedici" jurnalı rəhbəri doktor Tarkan Özçetin, 5 yaşına qədər pişiklərlə böyümüş uşaqların necə və niyə sağlam olduğundan yazdı: "Sağlam nəsillərin zəmanəti pişiklərdir. Heç unutmaram, illər əvvəl klinikama pişik sahibi olmaq üçün yoldaşı Ankarada diplomat olan hamilə bir amerikalı xanım gəlmişdi. Hansı ki, çoxumuzun həyatında ən az bir dəfə şahid olub gözlərinə inanmadığı, yerə düşən əmziyi bir başa körpəsinin ağzına verən o məsuliyyətsiz, qərbli analardan biridir. "Əminmisiniz?", - deyə soruşmuşdum istər-istəməz . İndiyə qədər deyil, niyə hamiləliyin son dövründə evlərinə pişik almaq istəyirdilər? Ağlım kəsmirdi. Doğulacaq körpəmin sağlamlığı üçün demişdi. Həkimi məsləhət görmüş, doğuşdan əvvəl evdə mütləq pişik və ya it olmasını söyləmişdi. Bizdəki çox həkimlər (hələ o illərdə) uşaqların sağlamlığı üçün buna şiddətlə qarşı çıxarkən, evdə olan iti, pişiyi uzaqlaşdırılmasını istəyərkən necə olur, başqa bir həkim belə məsuliyyətsizlik edə bilirdi? Məgər bir bildikləri varmış. "Gigiyena hipotezi" həddən çox gigiyenik mühitin və bu gigiyenanı təmin etmək üçün istifadə edilən məhsulların həm özümüz, həm də pişiyimiz üçün nə qədər təhlükəli olduğunu qeyd etmişdim. İndi bu gigiyena tutqusunun, insanlarda xüsusilə uşaqlarda, təxmin belə edə bilməyəcəyiniz qədər qalıcı sağlıq problemlərinə səbəb ola biləcəyini anlatmağa çalışacağıq. İmmunitet sistemi və ya vücudun müdafiə sistemi, adı nə olursa olsun, bu sistemin vəzifəsi, vücudumuza təhdid ola biləcək və xəstə edə biləcək bütün amillərə (bunlar bakteriya, virus, göbələk, parazit, hətta xərçəng hüceyrələri belə ola bilir) qarşı qorumaq və savaşmaqdır. İmmunitet sistemi inkişaf etmiş bir fərdin elə də asan xəstələnməyəcəyi çox dəqiq söylənə bilər. Bu sistem həyatın ilk günlərindən, hətta ana bətnində inkişaf etməyə başlayır və inkişafının böyük bir hissəsini (bura çox vacibdir) 5 yaşına gəldiyində tamamlayır. Yəni doğuşundan 5 yaşına gələnə qədər yaxşı bir inkişaf göstərən immun sisteminə malik uşaqlar, ömrü boyu elə də asanlıqla xəstə olmurlar. Elə isə canımızdan çox sevdiyimiz uşaqlarımızın bu sistemlərinin inkişafı üçün nəyə ehtiyacları var? Cavab çox sadədir, amma bir o qədər də təəccüblüdür: mikrob. Bəli, səhv oxumadınız, 0-5 yaş arasındakı körpələrin, daha sonrakı həyatlarının bütün mərhələlərinə müsbət təsir edəcək sağlam bir immunitet sisteminə sahib olmaları üçün mikroblarla təmasda olmaları, tanış olmaları və onlarla mübarizə aparmaları lazımdır. Bu olmazsa nə olar? Açıq demək lazımdırsa, bu zaman sistemin ağlı qarışır. Tanımadığı, bilmədiyi mikrobların əvəzinə savaşacaq başqa şeylər axtarır. Məsələn, polenlərə (çiçək tozu) həvəs göstərir. Nəticə: allergiya. Mikrobsuz, təmiz mühitdə böyüdülən bu fərdlər ağıla gələ biləcək hər şeyə allergiya və sonrasında astmaya yoluxa bilir.
Ağardıcı iyi qoxan mühitlərdə doğulub böyüyən, ən kiçik temperatur yüksəlməsində dərmanlara və antibiotiklərə bulanan körpələrin müqavimət sistemləri daha da zəifləyir. Sistem öz vücudundakı hüceyrələri düşmən zənn edir və onlarla mübarizə aparmağa başlayır. Nəticədə, allergiyadan daha da qorxulu otoimmun xəstəliklər yaranır. Bir çoxu uşaq deyilə biləcək yaşlarda meydana çıxan xəstəliklərdən bir neçəsi: 1-ci tip diabet (şəkər xəstəliyi), MS (multiple skleroz), lupus (qırmızı qurd eşənəyi) seliakiya. Siyahı belə davam edir və çox təəssüf, heç birinin dəqiq müalicəsi yoxdur. İl 1989, David Strachan adlı bir araşdırmaçı, yuxarıda anlatmağa çalışdığımız "gigiyena hipotezi" deyə bir hipotez ortaya atır. Keçən 27 il içində, bu hipotezin (doğruluğu, ya da səhvi hələ isbatlanmamışdır) doğruluğunu sübut edən yüzlərlə araşdırma aparılır. Ancaq bu təcrübələrin heç biri nə mediada, nə də başqa yerlərdə gündəmə gəlir. Hətta gigiyenik hipnozu elmi mühitlərdə çürüdülməyə çalışılır, bunda uğursuz olunsa da sanki bunu həmişə hipotez olaraq qalması istənilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtomobil təkərləri niyə məhz qara rəngdədir?
-
Sözləri "silah" kimi istifadə edən 3 bürc
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi





