Maraqlı

Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA

30 Noyabr 2016 23:29
1 Şərh     Baxış: 3 481

Gözəl görünmək hər qadının arzusudur. Hansı qadın təmiz və qüsursuz dəriyə sahib olmaq istəməz ki?! Ancaq bunun üçün xanımlar evdə dərilərinə qulluq etməli, müxtəlif maskalar düzəltməlidirlər. Milli.Az lent.az-a istinadən bildirir ki, kosmetoloq Xariqə Quliyeva 3 özəl maska reseptini açıqlayıb.

Kosmetoloq yağlı dərilər üçün bal və banan maskası məsləhət görür. Bu maska dəridəki yağı tarazlayır və ölü dərilərin aradan qaldırılmasını təmin edir. 
Tərkibi:
- 3 xörək qaşığı əzilmiş banan
- 1 çay qaşığı bal
- Bir neçə damcı limon suyu
 
Hazırlanması:
 
Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkərək bütün üz bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlədikdən sonra soyuq suyla durulayın.
X. Quliyeva quru dərilər üçün qidalandırıcı maskanın hazırlanması qaydası ilə sizi tanış edir.
 
2 çay qaşığı yağlı kəsmiyi 1 çay qaşığı bal və 1 xörək qaşığı təzə çəkilmiş kök şirəsi ilə qarışdırın. Maskanı üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Həftədə 1 dəfə tətbiq edə bilərsiniz.
 
Qarışıq dərisi olan xanımlar isə bu maskadan faydalana bilər.
 
Xiyarı rəndələyib suyunu sıxın. Xiyar şirəsinin üzərinə bir az bal əlavə edib qarışdırın. Maskanı təmiz dəriyə çəkin. Quruduqdan sonra üzünüzü soyuq su ilə yuyun. Maskanı həftədə 1 dəfə tətbiq edə bilərsiniz. Bu maskanın tərkibindəki bal dəriyə elastiklik verir və onu gəncləşdirir. Xiyar isə dərini nəmləndirir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esko · 1 Dekabr 00:2210

    Ənam surəsi ayə 32 Dünya həyatı uşaq oyunu və ağılsızların əyləncəsindən başqa bir şey deyildir Axirət yurdu müttəqilər üçün daha xeyirlidir yoxsa dərk etmirsiniz 33 Biz bilirik ki kafirlərin təkziblərindəki sözlər səni çox kədərləndirib qəmgin edir (ürəyini şad saxla )ki zülmkarlar yalnız səni deyil Allahın bütün ayətlərini və peyğəmbərlərini inkar edirlər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.