Maraqlı

Kişini qaşından tanı - FOTO

29 Avqust 2016 23:45
6 Şərh     Baxış: 5 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözün və saçın rənginə, burnun quruluşuna görə olduğu kimi, qaşların formasına görə də xarakteri açmaq mümkündür.

Milli.Az publika.az-a istinadən kişilərin qaşlarına baxıb xarakterini aça bilməyiniz üçün əsas ipuclarını təqdim edir.

Qalın, əyri və səliqəsiz
 
Sevgidən söz düşəndə xəyallara dalsa da, olduqca diqqətli insandır. Keçmişlə yaşayır. Yataqda olduqca fəaldır.
 
Nazik və aypara formasında
 
Xeyriyyəçi və səxavətlidir. Öz üzərində işləməyi xoşlayır. Yeri gəlmişkən, qeyd edək ki, qadınlar belə qaşlı kişiləri bəyənirlər.
 
Qalın və aypara formasında
 
Fəal, nəzakətli, özündən əmin, iddialı və inadkar, həm də xeyirxah, mehriban və səmimi olurlar. Amma şəxsi problemlərdən söz düşəndə olduqca təmkinli davranırlar. Yataqda çox enerjilidilər.
 
Düz və aypara formasında
 
Əsl xəyalpərəstdirlər. Çünki mümkünsüz olanlara inanırlar. Olduqca səxavətli və ünsiyyətcildirlər.
 
Qalın və düz
 
Bu cür kişilər, adətən, baxımlı olur, geyim-kecimə xüsusi fikir verirlər. Qadınların diqqətini cəlb etsələr də, qəti qərara gələ bilmirlər. Çox məsuliyyətlidirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.