Maraqlı

Ağrıya qarşı pəhriz

28 May 2016 19:35
1 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çəkini azaltmaq üçün pəhriz saxlamağın mövcud olduğu məlumdur, lakin ağrıya qarşı pəhriz yeni və perspektivli istiqamətdir.
Ağrılar müxtəlifdir və bəzən ondan qurtulmaq üçün dərman yeganə vasitə olur. Təsirinin az və ya çox olmasından asılı olmayaraq dərmanlar zərərsiz deyillər. Alternativ üsullar isə həmişə təsirli olmur. Qidanı dəyişməklə başağrısı, əzələ ağrısı, menstruasiyadan əvvəlki və bel nahiyəsindəki ağrılarla mübarizə aparmağın mümkünlüyü çox maraqlıdır.

Milli.Az herba-flora.com-a istinadən bildirir ki, ağrıya qarşı pəhriz haqqında məlumat ilk dəfə 20 il əvvəl verilmişdir. Yalnız indi ağrı sindromunu aşan məhsullar haqqında kifayət qədər məlumat var. Məlum pəhriz, məsləhət və tədqiqatları təhlil edərək müəyyən nəticəyə gəlmək olar.
Acı dərman. Qırmızı istiot ağrıya qarşı pəhrizdə ən əsas vasitələrdən biridir. Onun tərkibində olan kapsaisin Trpv1 reseptoru ilə birləşir və ağrı sərhədini aşır. İstiot dili yandırır, orqanizm "ağrı" hiss edir və qana müəyyən maddələri buraxaraq müdafiə olunur. Onların arasında güclü ağrıkəsici təsirə malik "xoşbəxtlik hormonları" - endorfi nlər vardır.
Qıtıqotu ağrıya qarşı reseptorların birini stimullaşdıran vasitədir. Onu qıtıqotu vasitəsi ilə aşkar edərək "wasabi receptor" adlandırıblar.
Əslində stimullaşdırıcı vasitəyə sarımsaq, darçın, xardal və xardal yağını da daxil etmək olardı. Zəncəfil istisna təşkil edir. Acı olmamağına
baxmayaraq onda istiotun tərkibində olan kapsaisinə oxşar ağrıkəsici təsirə malik vasitəsi vardır. Xroniki ağrılar zamanı acı və yandırıcı məhsullar təsir etmir. Əzik, yaralanma zamanı və qəfi l baş ağrısında acı ədvalar vasitəsi ilə ağrıdan müvəqqəti uzaqlaşmaq olar. Lakin
onlardan gündəlik istifadə mədə-bağırsaq sistemi üçün zərərlidir. Acı vasitələrin kliniki sınaqları aparılmayıb. Daha az ekstremal qida vasitəsi

varmı? Alimlərin fi krincə çoxlu süd içmək, hind toyuğun əti, yumurta, meşə fındığı, günəbaxan toxumları, badam və spirulina qəbul etmək lazımdır. Həmin məhsullarda ağrıkəsici amin tuşusu - triptofan var və ondan beyində ağrını azaldan "xoşbəxtlik hormonu" - serotonin
əmələ gəlir.

Vacibdir. Xroniki ağrılardan əziyyət çəkənlər tərkibində triptofan olan məhsulları öz qida rasionlarına daxil edə bilərlər. Lakin "ağrının narahat etməməyi üçün" həftədə neçə yumurta yemək lazım olduğunu dəqiq demək mümkün deyil. Triptofanın ağrıkəsici təsiri hələ özünü tam təsdiq etməmişdir.

Piyə yox deyək! Amerikan alimi Nil Bernarın "Ağrıya qalib gələn məhsullar" kitabından belə nəticə çıxır ki, ağrıya qarşı pəhrizə əməl edərkən ilk növbədə heyvan piylərinin qəbulunu azaltmaq lazımdır. Pəhriz xolesterinin miqdarını aşağı salır, maddələr mübadiləsi prosesini yaxşılaşdırır, ağrı tutmalarının tezliyi və intensivliyini azaldır.
Menstruasiyadan əvvəl baş verən ağrılar və "kritik günlər"dəki ağrılar qadın cinsi orqanların balansı tarazlaşdığından azalır.
Stenokardiya. Ürəyin qanla təminatı yaxşılaşdığına görə ağrı azalır.
Miqren. Tərkibində piy olan məhsulların rasiondan çıxarılması xəstəliyin tutma tezliyini azaldır.
Osteoxondroz. Az piyli pəhrizə keçən zaman artıq çəki azalır. Doktor Bernar hesab edir ki, ağrıya qarşı pəhrizin tərkibində brokkoli, balıq, soya məhsulları, qara və yaşıl çay, ananas, üzüm, digər başqa meyvə və tərəvəzlər də olmalıdır.

Vacibdir. Pəhrizə məhdudiyyətsiz riayət etmək olar, çünki onun tərkibində az piy olduğuna görə sağlam qidanın etalonudur. Ağrı sərhədinin yüksəlməsi üçün nə qədər vaxt lazım olduğunu bilməsək də, bədən quruluşu mükəmməl olur, qan təzyiqi, infarkt və insult xəstəlikləri
uzaqlaşır. Ağrıya qarşı pəhrizin daha bir növü tibbə çoxdan tanış olan Pevznerin pəhriz №1-dir. O, mədə problemi - qastrit və xora olanlara məsləhət görülür. Xəstəliklər bir prinsip əsasında müalicə olunur: ağrıyan orqan dincliyə möhtacdır. Hər bir məhsulu sürtgəcdən keçirmək,
buxarda bişirmək və əzərək qəbul etmək olar. Təbii ki, acı, marinə edilmiş və duzlu məhsullar qidadan çıxarılır.
Ağrını kəskinləşdirən məhsulları qidadan çıxarmaq da olar. Məsələn, miqrendən əziyyət çəkənlərə qəhvə, şokolad, pendir, spirtli içkilər, tünd
qara çay, sitrus meyvələri və qızardılmış yeməklər qəbul etmək qadağandır. Həmin məhsullarla qidalanmaq xəstəliyin növbəti tutmasına
səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.