Maraqlı

Yetmiş yaşlı qadın heyrətləndirdi

28 Avqust 2015 22:11
5 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Çinin Çendu şəhərinin 70 yaşlı təqaüdçü sakini pilon üzərində akrobatik fəndlərinin əks olunduğu fotoşəkilləri ilə internet istifadəçilərini heyrətləndirib. Day Dalinin sözlərinə görə, o, idmanla məşğul olmağa dörd il əvvəl başlasa da, qısa müddətdə inanılmaz uğurlara nail olub.

Ötən il təqaüdçü qadın beşinci ölkə çempionatında pilon üzərində rəqsinə görə birinci yerə layiq görülüb. O, artıq bir neçə ildir ki, hər gün yataq otağında məşq edir.
Çinli qadın bildirib ki, akrobatika ilə məşğul olmağa başlayandan onun sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.