Maraqlı

740-güclü BMW M6 - FOTO

19 Sentyabr 2014 19:39
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Alman emalatxanası G-Power dördqapılı BMW M6 Gran Coupe üçün tüninq proqramı təqdim edib. Ən güclü 6-Series sahiblərinə 16 424 avroya mühərrikin gücünün artırılması paketi və satışsonrası sazlama üçün bəzi aksessuar və detallar təklif edilir. Müştərinin istəyi ilə tünerlər avtomobilin daxili tərtibatını da yeniləyə bilərlər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Bi-Tronik 5 paketi 4,4 litrlik tvin-turbo V8 mühərrikinə 180 a.g. və 295 Nm fırlanma anı əlavə edib. Nəticədə mühərrikin gücü 740 at gücünə, fırlanma anı isə 975 Nm -ə çatdırılıb.

Avtomobildə tamamlama işlərini Michelin şinləri geyindirilmiş 21 düymlük döymə disklərin, nizamlanan asqı və güclü əyləc sisteminin quraşdırılması ilə davam etdirmək olar. Təkərlər 7649 avro, koyloverləer 2570 avro, keramik əyləclər isə 14 460 avroya başa gələcək.

İnteryer üçün tünerlər erqonomik idman sükanı, karbon dəri və alkantaradan ibarət tərtibat, çoxsaylı dekorativ karbon elementlər, unikal ayaqaltı dəsti, arxa sərnişinlər üçün əyləncə sistemi təklif edirlər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.