Hadisə

Azərbaycanda qəbiristanlıq yanıb - VİDEO - FOTO

26 İyun 2017 21:30
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda qəbiristanlıq ərazisi yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçayın Potu kəndi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Kənd sakinləri Ramazan bayramı günü qəbiristanlıqda təmizlik işləri görüblər və dünyasını dəyişən insanların məzarının ətrafındakı kol-kosu və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kənd qəbiristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıblar və yaxınlıqdakı evlər, yardımçı tikililər yanğından mühafizə edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda qəbiristanlıq yanıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.