Hadisə

Erməni general Qarabağda yaralandı? - YENİLƏNİB - FOTO

17 Mart 2017 10:53
6 Şərh     Baxış: 3 652

10:53

Qondarma "DQR"in "müdafiə naziri", general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin "DQR müdafiə nazirliyi"nin nümayəndəsi Senor Həsrətyan "Novosti Armeniya" agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, "dezinformasiya" adlandırıb.

Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, "Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan" hərbçiləri mükafatlandırıb.

----------

10:08

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun generalı və iki yüksək rütbəli zabiti ağır yaralanıb.

Milli.Az xəbər verir ki, apa.tv-nin "Iragir.am" saytına istinadən verdiyi məlumata görə, onlar partlayış nəticəsində ağır xəsarət alıblar. Partlayışın hansı səbəbdən və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Yaralı general-leytenant Levon Mnatsakanyan və iki zabit xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Aydlndld · 17 Mart 10:1300

    Duppeduz melumatdl.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 17 Mart 10:2400

    Duz deyilse chlxsln danlwsln da.15den xestexanadadl tulku.

    Cavab yaz
  • Anonim
    N · 17 Mart 10:3400

    bu gülläni biraz bärk at däyib öldürsünda bä.onlarda bä terorçududabä.yaralıda ikinci däfä qorxu hissi birazda azalir.

    Cavab yaz
    • Anonim
      ka · 17 Mart 22:2300

      heyif cox hiyif gerek oleydi kafirlerrrrr ancaq sikest de olsa olar

      Cavab yaz
  • Anonim
    Aghayev · 17 Mart 10:4700

    Tutacaq analarin, yetim qalan korpelerin ahi sizi. Yer üzünden silecek mezlumun ALLAHI sizi.

    Cavab yaz
  • Anonim
    Baku · 17 Mart 14:2700

    Beter olsun sag eli o birilerin basina

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.