Hadisə

Avtobus 73 yaşlı qadını vurdu - Vəziyyəti ağırdır - VİDEO - FOTO

26 Oktyabr 2016 16:35
1 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi rayonu Səməd Vurğun küçəsində piyada vurma hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Təzə Bazar adlanan yerdə 8 saylı sərnişin avtobusu yolu keçmək istəyən 73 yaşlı Simuzər Məmmədovanı vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər kəllə-beyin travması alan Simuzər Məmmədovanın vəziyyətinin ağır olduğunu bildiriblər. Sürücü polis əməkdaşları tərəfindən dindirilib. Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla əlaqədar araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtobus 73 yaşlı qadını vurdu - vəziyyəti ağırdır

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.