Hadisə

Bakı-Şamaxı-Yevlax yolunda təhlükə - VİDEO - FOTO

22 Oktyabr 2016 18:31
0 Şərh     Baxış: 2 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı-Yevlax yolunun 106-107-ci km-də baş verən sürüşmə aktivliyini qoruyur.

ARB Şəki xəbər verir ki, bir neçə gün öncə ərazidə qeydə alınan torpaq uçqunu hələ də davam edir. Sürüşmə ərazisi aktiv uçqun zonasında yerləşdiyindən ərazidə təhlükəli vəziyyət yaranıb.Tonlarla torpaq qatı sürüşərək avtomobilərin intensiv hərəkət etdiyi yolun kənarına tökülür. Hazırda yamac hissədə yığılıb qalan torpaq qatı davamlı şəkildə yola axır. Yağıntıların intensivliyi torpaq uçqunlarının miqyasını da getdikcə artırır.

Ərazidə mövcud olan su güvəcləri də dolub. Torpaq bir başa güvəcə tökülür və yığlıb qalan su birbaşa yola axır. Sürücülərsə torpağın ərazidən təmizlənmədiyindən şikayətlənirlər.

Sürücü: "Aşırımlarda həmişə olub. Ağsu, Bakı, Şamaxı, Qobustan ərazisində həmişə olub, amma bu dərəcə yox idi. Təəssüflər olsun ki, nəzarət zəifdir. Yol istismar idarələri buna nəzarət etməlidirlər".

Şamaxı rayon yol istismar idarəsindən verilən məlumata görə, əraziyə müdaxilə etmək mümkün deyil. Aktiv sürüşmə fazasında olduğu üçün əraziyə hər hansı bir texnikanın müdaxiləsi daha böyük uçqunlarla nəticələnə bilər.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı-Şamaxı-Yevlax yolunda təhlükə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.