Hadisə

Erməni general Azərbaycanı HƏDƏLƏDİ

25 May 2016 12:43
9 Şərh     Baxış: 3 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Qarabağ müharibəsi veteranlarını öz sırasında birləşidrən "Yerkrapa" İttifaqının sədri, general-leytenant Manvel Qriqoryan Yerevanda mətbuat konfransı keçirib.

Milli.Az modern.az-a istinadən bildirir ki, Qarabağdan ötən gün qayıdan Qriqoryan mətbuat konfrasında Ermənistan tərəfinin itirdiyi əraziləri geri qaytaracağını bəyan edib və Azərbaycanı hədələyib.

"Qarabağda təmas xəttinin konturları tez-tez dəyişir və hələ dəyişməkdə davam edəcək. Bütün dövrlərdə bizimkilər yeni mövqelər tutublar. Fürsət tapan kimi itirilmiş əraziləri geri qaytaracağıq".

Manvel Qriqoryan 2 gün öncə Qarabağdakı 1740, ötən gün isə özü başda olmaqla 113 könüllünün Ermənistana qayıtdıqları barədə məlumat verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.