Hadisə

"KamAZ"la qadını əzdi

12 Avqust 2015 15:13
1 Şərh     Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Göygöl rayonunda piyadanı maşın vurub.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Rayon sakini Binəli Tapışanov idarə etdiyi "KamAZ" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayon sakini, 21 yaşlı Aytac Abdullayevanı vurub. Yaralı müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən dərhal əməliyyata götürülən yaralının  vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.