Hadisə

Nişanlı qız tövlədə özünü asdı

26 İyul 2015 13:14
82 Şərh     Baxış: 11 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rayonun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asaraq intihar edib. Onun meyiti evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb.

Bildirilir ki, bu günlərdə 18 yaşlı B.Qəhrəmanova ali məktəbə qəbul olunmaq üçün imtahan verib. Lakin onun nəticələri qənaətbəxş olmayıb. Bundan sonra sarsıntı keçirən 18 yaşlı qız özünü öldürüb.

B.Qəhrəmanova nişanlı olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.